Bakı. Trend:
Azərbaycanda “NNS KLİNİKA” MMC-yə məxsus özəl tibb müəssisəsininfəaliyyəti dayandırıla bilər.
Trend xəbərverir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik EkspertizaMərkəzi (AEM) yaydığı məlumatda bildirilib.
Məlumata görə, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev 41ünvanda yerləşən “NNS KLİNİKA” MMC-yə məxsus özəl tibbmüəssisəsində AEM tərəfindən 6-7 aprel tarixlərində plandankənar(növbədənkənar) yoxlama keçirilib.
Xidməti yoxlama zamanı lisenziya olmadan tibb fəaliyyəti vəqeydiyyatsız dərman vasitəsindən istifadə faktı aşkar edildiyindənhüquqi şəxs barəsində inzibati tənbeh tədbiri seçilərək inzibatixəta haqqında protokol tərtib edilib və aidiyyəti üzrə növbətiicraata göndərilib.
Qeyd edilib ki, əlavə olaraq “NNS KLİNİKA” MMC-yə məxsus özəltibb müəssisəsinin cari fəaliyyətinin dayandırılması üzrə hüquqmühafizə orqanları qarşısında vəsatətin qaldırılması məqsədi ilətəqdimat təqdim edilib.
Cari əmək fəaliyyəti üzrə ixtisasına uyğun vəzifənin müəyyənedilməsi məqsədi ilə AEM-dən Dövlət Əmək Müfəttişliyi Xidmətinərəsmi müraciət ünvanlanıb.