Azərbaycan Mərkəzi Bankı taksilərin icbari sığorta xərclərinin artırılmasının səbəbini açıqlayıb.
“APA-Economics”in sualına əsasən AMB-nin baş direktoru Vüsal Qurbanov bildirib ki, taksilərin icbari sığortası üzrə əmsalın 50% artırılması bu nəqliyyat vasitələrinin zərərliliyinin yüksək olması ilə bağlıdır.
Qeyd edilib ki, 2025-ci il üzrə icbari avtosığorta üzrə zərərlilik 74%-dən 85%-ə yüksəlib. Yəni, zərərlilik 11% artıb. Bu da əsas taksi fəaliyyəti ilə bağlıdır.
“Digər seqmentlərdən fərqli olaraq taksi kimi fəaliyyət göstərən nəqliyyat vasitələrinin qət etdiyi məsafə yüksəkdir. Yəni qəza etmək sıxılığı yüksəkdir. Bununla belə, əmsalların artırılması zərərliliyi müəyyən qədər kompensasiya edir, tam qarşılamır”- Vüsal Qurbanov əlavə edib.