AZ

“Komo”da gördüyümüz işdən tam razıyam"

İtaliyanın “Komo” klubunun baş məşqçisi Sesk Fabreqas komandadakı gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, ispaniyalı mütəxəssis hazırkı vəzifəsində xoşbəxt olduğunu və baş məşqçi postunu tərk etməyi düşünmədiyini bildirib.

“İtaliyada başqa bir komandaya rəhbərlik etmək? Bunu çox çətin görürəm. Bəli, ötən il müəyyən təmaslar olmuşdu, lakin mən bu layihəni sevdiyim üçün qalmağa qərar verdim. “Komo”da gördüyümüz işdən tam razıyam və prosesə bütünlüklə bağlıyam”, – deyə o qeyd edib.

Xatırladaq ki, 38 yaşlı mütəxəssis 2024-cü ilin yayından etibarən “Komo”ya rəhbərlik edir. Komanda cari mövsümdə İtaliya çempionatında keçirdiyi 32 oyunda 58 xal toplayaraq turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.

Seçilən
13
90deqiqe.az

1Mənbələr