AZ

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 15% artıb

2026-cı ilin yanvar-mart aylarında əsas kapitala 4049,8 milyon manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 14,9 faiz çox investisiya yönəldilib.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi real ifadədə 44,6 faiz artaraq 1525,9 milyon manat, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə real ifadədə 2,2 faiz artaraq 2523,9 milyon manat olub.

Əsas kapitala yönəldilmiş investisiyaların həcmi məhsul istehsalı sahələri üzrə real ifadədə 23,9 faiz artaraq 2286,6 milyon manat, xidmət sahələri üzrə real ifadədə 27,3 faiz artaraq 1252,8 milyon manat, yaşayış evlərinin tikintisinə yönəldilmiş investisiyaların həcmi isə real ifadədə 26,6 faiz azalaraq 510,4 milyon manat olub.

Seçilən
15
1
banker.az

2Mənbələr