AZ

Canlı yayımda şok iddia: Türkiyəyə müharibə elan edəcəklər

İsrailin Baş naziri Benjamin Netanyahu-nun Türkiyə Prezidenti Recep Tayyip Erdoğan-ı hədəf alan açıqlamalarından sonra bölgədə gərginlik daha da artıb.

Turkustan.az xəbər verir ki, canlı yayımda çıxış edən amerikalı jurnalist Kurt Mills İsrailin Türkiyə ilə mümkün qarşıdurma halında ABŞ-dan dəstək ala biləcəyini iddia edib.

Qeyd olunur ki, İsrail–Türkiyə münasibətlərindəki gərginlik artıq təkcə Qəzza ilə məhdudlaşmır, eyni zamanda Suriya və Livanı da əhatə edən daha geniş regional müstəviyə yayılır. Türkiyə isə ölkələrin suverenliyini müdafiə edən mövqe sərgiləyərək İsrailin bölgədəki hərbi əməliyyatlarına qarşı çıxır.

Müvəqqəti atəşkəsə baxmayaraq, Netanyahu aqressiv ritorikasını davam etdirir və son olaraq sosial mediada Prezident Ərdoğanı hədəf alan paylaşım edib. Bu açıqlamalar Türkiyədə ciddi reaksiyalara səbəb olub.

Kurt Mills isə qatıldığı proqramda bu gərginliyin bölgədə sabitliyi daha da poza biləcəyi barədə xəbərdarlıq edib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
5
1
turkustan.az

2Mənbələr