AZ

Taksilərin yeni qayda ilə sığorta olunması sığorta yığımlarını artıracaq - AMB

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsində Qaydalara dəyişikliklərin olunması sığorta yığımlarını artıracaq. 

Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər? – YENİ QAYDA - VİDEO

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Məmmədov 2025-ci il üzrə "Maliyyə sabitliyi hesabatı"nın təqdimatına dair mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, bu, sığorta ödənişlərinə təsir etməyəcək:

"Sığorta ödənişləri artdığı üçün sığorta şirkətlərinin zərərliliyi artırdı. Taksi xidmətində zərərlilik yüksək olduğu üçün sığorta haqqı artırılır. Yığımlara tətbiq olunan artım 50%-dir. Bu qaydanın digər avtomobillərə təsiri yoxdur".

Seçilən
18
fed.az

1Mənbələr