"Bitcoin" (BTC) son dörd həftə ərzində qeydə alınan ən yüksək qiymət həddinə çatıb. Belə ki, aprelin 14-də səhər saatlarında kriptovalyutanın dəyəri martın 17-dən bəri ilk dəfə 74 933 dollar səviyyəsinədək artıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Coinmarketcap" paylaşıb.
Bakı vaxtı ilə saat 11:45 üçün aparıcı kriptovalyutanın ticarət qiyməti təqribən 74 500 dollar təşkil edir.
Son sutka ərzində "Bitcoin"in dəyərində 5.5% artım müşahidə olunub. Sözügedən müddətdə kriptovalyuta bazarının ümumi kapitallaşması isə 4.5% böyüyərək 2.53 trilyon dollara bərabər olub.
İlk 100-lükdə yer alan kriptovalyutalar arasında ən yüksək artımı 34%-lə "RaveDAO" (RAVE) nümayiş etdirib. Ən böyük ucuzlaşma isə 9%-lik göstərici ilə "Sabit"də (STABLE) qeydə alınıb. "Ethereum" (ETH) 8.5% bahalaşıb və əsas altkoinin qiyməti 2 370 dollar civarında dəyişib.
Aprelin 13-də ABŞ-nin spot "Bitcoin" birja ticarət fondlarına (ETF) 291 milyon dollarlıq xalis vəsait daxil olub. "SoSoValue" platformasının məlumatına əsasən, həmin gün "Ethereum" ETF-yə daxil olan vəsait 9.4 milyon dollar təşkil edib.
Bizim.Media