
Rusiya Ukraynadakı münaqişə həll olunana qədər ABŞ ilə fəal əməkdaşlıq təklif edir.
Missiya.Az "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.
Onun sözlərinə görə, Moskva və Vaşinqton ticarət-iqtisadi əməkdaşlıq qrupu çərçivəsində işləməyə davam edirlər. O əlavə edib ki, Amerika tərəfi bu sahədə əməkdaşlığın inkişafını Ukrayna münaqişəsinin sonu ilə əlaqələndirir.
"Biz inanırıq ki, Ukraynada nizamlanmanı gözləməyə qətiyyən ehtiyac yoxdur",-Kremlin sözçüsü vurğulayıb.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun NATO ölkələrinə Rusiyadan müdafiə olunmaq üçün maliyyə yardımını gülünc adlandırmışdı.
İlahə QənbərliMissiya.Az