AZ

İran müharibəsi lüks brendləri də VURDU

Fransanın lüks istehlak malları nəhəngi LVMH-nin birinci rübdəki satışları İran müharibəsinin təsiri ilə azalıb, şirkətin səhmləri isə 2% dəyər itirib.

Musavat.com "Haber Global"a istinadən xəbər verir ki, aparıcı lüks şirkətlər arasında balans hesabatını ilk açıqlayan LVMH, dünən verdiyi bəyanatda İrandakı müharibənin qrupun qlobal satışlarını 1% azaltdığını bildirib.

Məlumata görə, hərbi əməliyyatlar Dubay kimi Fars körfəzi şəhərlərində xərclərin kəskin şəkildə aşağı düşməsinə səbəb olub.

Eyni zamanda, bölgə ölkələrindən alış-veriş məqsədilə Avropaya edilən səyahətlərin sayında da ciddi azalma müşahidə olunur.

Şirkətin Maliyyə direktoru Sesil Kabanis (Cecile Cabanis) qeyd edib ki, LVMH-nin ümumi satışlarının təxminən 6%-ni təşkil edən ticarət mərkəzlərindəki satışlar 30%-dən 70%-ə qədər geriləyib. Kabanis Yaxın Şərqin "olduqca gəlirli bir bazar" olduğunu vurğulayaraq, müharibənin mənfəət üzərindəki mənfi təsirinin daha böyük ola biləcəyini və rəsmi mənfəət göstəricilərinin iyul ayında açıqlanacağını bildirib.

Lüks məhsullara olan tələbatın bərpasına dair ümidlərin azalması fonunda LVMH-nin səhmləri ilin əvvəlindən bəri ümumilikdə 27% ucuzlaşıb. "Citi" analitiki Tomas Şovet (Thomas Chauvet) isə məsələ ilə bağlı bildirib ki, Yaxın Şərqdəki münaqişənin yaratdığı əsas qeyri-müəyyənlik makroiqtisadi şərait, istehlakçı inamı və qlobal turist hərəkətliliyi üzərində özünü kəskin büruzə verir.

Musavat.com.

Seçilən
28
4
musavat.com

5Mənbələr