AZ

Çempionlar Liqası: UEFA "Barselona"nın hakimliklə bağlı şikayətini rədd edib

UEFA İspaniyanın "Barselona" klubunun Çempionlar Liqasının 1/4 final mərhələsində "Atletiko" ilə keçirilən oyunda hakimliklə bağlı etdiyi şikayəti rədd edib.

"Report"un məlumatına görə, UEFA-nın Nəzarət, Etika və İntizam Komissiyasının mətbuat xidmətindən bildirilib ki, Kataloniya klubu aprelin 8-də baş tutan matçdan sonra hakimin qərarına etiraz edib.

Lakin ötən gün qurum tərəfindən bu etiraz qəbuledilməz sayılıb.

"Barselona" həmin oyunda hakimlərin zəif idarəçiliyi ilə bağlı UEFA-ya rəsmi şikayət ünvanlamışdı. Adıçəkilən komanda həmin oyunda 0:2 hesabı ilə məğlub olub.

"Barselona" rəhbərliyi xüsusilə ikinci hissədə "Atletiko"nun müdafiəçisi Mark Pubilin əllə oyunu zamanı penalti verilməməsini etirazla qarşılayıb. Onlar bu qərarın qanunsuz olduğunu və matçın gedişinə, eləcə də yekun nəticəsinə birbaşa təsir etdiyini bildirib.

Komandalar arasında cavab oyunu bu gün Madriddə, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Seçilən
16
far.az

1Mənbələr