AZ

Azərbaycanda maliyyə sektorunun aktivlərində artım qeydə alınıb

Azərbaycanda

2025-ci ilin yekunlarına görə maliyyə sektorunun aktivləri 7,7% artım göstərərək 60,6 milyard manata çatıb.

1news.az xəbər verir ki, bunu Mərkəzi Bankın Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov bu gün “Maliyyə sabitliyi hesabatı”nın təqdimatına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu göstərici nəticəsində maliyyə sektorunun aktivləri ÜDM-in 47%-ni, qeyri-neft ÜDM-nin isə 66%-ni təşkil edib. O, əlavə edib ki, ümumilikdə maliyyə sektorunun bütün seqmentləri üzrə aktivlərdə artım qeydə alınıb.
Qafar Ağayev

Seçilən
15
3
1news.az

4Mənbələr