Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasında büdcə daxilolmalarınınstrukturunda yerli vergi, rüsum və yığımlar üzrə müsbət dinamikaqeydə alınıb. 2025-ci ildə cəmi vergi, rüsum və yığımlar 207,4milyon manat plana qarşı 290,6 milyon manat icra olunaraq 140 faizsəviyyəsində yerinə yetirilib.
Trend-inməlumatına görə, vergi orqanları tərəfindən yığılan vergilər 192,0milyon manat plana qarşı 267,95 milyon manat olub və plan 140 faizicra edilib. Gömrük orqanları üzrə daxilolmalar 12,0 milyon manataqarşı 18,3 milyon manat olmaqla 153 faiz icra olunub. Digərdaxilolmalar da planı xeyli üstələyib. Büdcə təşkilatlarınınödənişli xidmətlərindən daxilolmalar isə 2,6 milyon manat planaqarşı 2,5 milyon manat olub və plan 96 faiz səviyyəsində icraedilib.
Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılan dotasiya285,7 milyon manat plana qarşı 160,0 milyon manat təşkil edib, icrasəviyyəsi 56 faiz olub.
2025-ci ildə Naxçıvan Muxtar Respublikası büdcəsinin xərcləri505,2 milyon manat plana qarşı 445,6 milyon manat icra edilib vəplan 88,2 faiz səviyyəsində yerinə yetirilib. Xərclərin 443,8milyon manatı büdcə xərcləri, 1,8 milyon manatı isə büdcədənkənarxərclər hesabına formalaşıb. İqtisadi təsnifat üzrə ən böyük xərcistiqaməti əməyin ödənişi olub. Bu istiqamət üzrə 318,3 milyonmanat plana qarşı 304,1 milyon manat icra olunub, icra səviyyəsi 96faiz təşkil edib. Əməyin ödənişi üzrə xərclər 2024-cü illəmüqayisədə 6 faiz artıb. Malların, işlərin və xidmətlərinsatınalınmasına 80,5 milyon manat plana qarşı 66,3 milyon manatyönəldilib və icra səviyyəsi 82 faiz olub. Qeyri-maliyyə aktivləriüzrə xərclər 69,7 milyon manat plana qarşı 46,7 milyon manat icraolunaraq 67 faiz səviyyəsində yerinə yetirilib.