BAKI, 14 aprel. TELEQRAF
Bank sektorunun aktivlərinin gəlirliliyi 2,1 faiz, kapitalın gəlirliyi 18.2 faiz təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın direktoru Vüsal Qurbanov 2025-ci il üzrə "Maliyyə sabitliyi hesabatı"nın təqdimatına dair mətbuat konfransında deyib.
O bildirib ki, sektor hesabat dövründə 480 milyon manata yaxın dividend ödəyib.