AZ

Simonyan Qafarova ilə İstanbulda görüşəcək

Ermənistan parlamentinin sədri Alen Simonyan İstanbulda keçiriləcək Parlamentlərarası Birliyin 152-ci Assambleyasında iştirak edəcək.

Aktual.az xəbər verir ki, bunu Simonyan Ermənistan parlamentində keçirilən brifinqdə deyib.

O bildirib ki, orada azərbaycanlı həmkarı Sahibə Qafarova və gürcü həmkarı Şalva Papuaşvili ilə görüşməyi planlaşdırır:

"Orada bir çox ölkənin parlament rəhbərləri iştirak edəcək. Hazırda azərbaycanlı və gürcü həmkarlarla görüşlər planlaşdırılır”.

Seçilən
21
ulusum.az

1Mənbələr