AZ

İtaliya İsrail ilə müdafiə müqaviləsini dayandırdığını açıqlayıb

İtaliyanın Baş naziri Ciorcia Meloni İsrail ilə müdafiə müqaviləsini dayandırdığını bildirib.

Missiya.Az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

"Mövcud vəziyyəti nəzərə alaraq, hökumət İsrail ilə müdafiə müqaviləsinin avtomatik yenilənməsini dayandırmaq qərarına gəlib", - deyə vurğulanıb.

Qeyd olunub ki, ilk dəfə 2005-ci ildə imzalanan və hər beş ildən bir avtomatik olaraq yenilənən müqavilə, İtaliya və İsrail arasında, xüsusən də müdafiə sektorunda ticarət sazişlərini təşviq etmək və hərbi tədqiqat və inkişafları asanlaşdırmaq üçün nəzərdə tutulub.

Daşqın HəsənovMissiya.Az

Seçilən
13
missiya.az

1Mənbələr