AZ

Gideon Saar: Zənginləşdirilmiş uran ehtiyatı İrandan çıxarılmalıdır

BAKI, 14 aprel. TELEQRAF

“İrana uranın zənginləşdirilməsinə icazə verilməməlidir”.

Teleqraf xəbər verir ki, bunu İsrail xarici işlər naziri Gideon Saar deyib.

“İran ərazisində uranın zənginləşdirilməsinə icazə verilməməlidir. Zənginləşdirilmiş uran ehtiyatı da ölkədən çıxarılmalıdır”, - o bildirib.

Gideon Saar əlavə edib ki, İsrail ABŞ Prezidenti Donald Trampın bu məqsədlərə nail olmaq səylərini yüksək qiymətləndirir.

Seçilən
8
teleqraf.com

1Mənbələr