Rusiya ordusu Ukraynanın Xarkov vilayətində yerləşən “Peçenej” su bəndini idarəolunan aviasiya bombaları ilə hədəfə alıb.
“Düşmən Çuquyev rayonunda yerləşən “Peçenej” bəndinə altı idarəolunan aviasiya bombası atıb. Bu, vilayətimizin ən böyük su anbarıdır. Xarkov və ümumilikdə bölgəmiz üçün kritik əhəmiyyətli obyektdir”, - o vurğulayıb.
Sinequbov qeyd edib ki, Rusiya ordusu Xarkova eyni vaxtda kombinə edilmiş hücum həyata keçirib. Hücum zamanı həm “Molniya”, həm də “Şahid” tipli PUA-lardan istifadə olunub.