I Liqada növbəti hesabat həftəsi bu gün başlayacaq.
Sportinfo.az xəbər verir ki, 22-ci turun ilk oyun günündə 2 qarşılaşma izləyəcəyik.
Medallar uğrunda mübarizədən çoxdan qopmuş MOİK Binədə «Zaqatala»nı qəbul edəcək.
Debütant «Şahdağ» isə Şamaxıda «Cəbrayıl»la qüvvəsini sınayacaq.
MOİK – “Zaqatala”
Hakimlər: Murad Səlimov, Mirnihad Seyidov, Aydın Baxşıyev, Maqsud Şamıyev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Binə qəsəbə stadionu, 15:00
“Şahdağ Qusar” – “Cəbrayıl”
Hakimlər: İslam Məmmədov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Namiq Bəkirov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Şamaxı OİK stadionu, 16:00