AZ

​90 yaşlı kişi ata ola bilər?

Bəzi insanlarda belə bir təsəvvür var ki, yaşlı kişilər ata ola bilməz. Bu fikir müəyyən qədər məntiqli görünsə də, tam doğru deyil. Bəs kişilər neçə yaşa qədər ata ola bilər və bunun elmi izahı varmı? Bu sual həm tibbi, həm də bioloji baxımdan maraq doğurur. Metbuat.az xəbər verir ki, mütəxəssislər bu məsələni araşdırıb. Onların fikrincə, kişi orqanizmində sperma istehsalı həyat boyu davam edə bilər. Yəni nəzəri olaraq, kişi çox irəli yaşlarda da ata ola bilər. Hətta tarixdə 80-90 yaşlarında ata olan kişilərlə bağlı faktlar mövcuddur. Belə hala əsasən kənd yerlərində, yəni təmiz hava udan və təmiz yeməklərlə qidalanan insanlar arasında rast gəlinir. Davamlı at belində olan kişidə prostat vəzində durğunluq olmur, orqanizm daim yenilənir, digər kişilərə nisbətdə yaşa uyğun prostat vəzi böyüməsi az qeydə alınır. Fiziki aktivliyi olan insanlarda (idmançılar və s.) gec yaşlarda ata olmaq qabiliyyəti qorunub saxlanır. Lakin yaş artdıqca bir çox insanda spermanın keyfiyyəti azalır, genetik mutasiyalar riski yüksəlir və bu da sağlam övlad sahibi olma ehtimalını aşağı salır.

Tibbi araşdırmalar göstərir ki, gec yaşda ata olmaq bəzi risklərlə müşayiət oluna bilər. Məsələn, uşaqlarda müəyyən genetik xəstəliklərin yaranma ehtimalı yüksəkdir. Buna baxmayaraq, bu, hər zaman baş verən bir hal deyil və bir çox hallarda sağlam uşaqlar dünyaya gəlir. Yəni nəticə olaraq demək olar ki, kişi bioloji olaraq çox yaşlı dövrdə də ata ola bilər, lakin bunun müəyyən riskləri nəzərə alınmalıdır.

Seçilən
4
metbuat.az

1Mənbələr