AZ

Azərbaycan aliminin iştirakı ilə “Taylor & Francis” nəşriyyatında Mərkəzi Asiyaya dair yeni kitab çap olunub

Bakı, 14 aprel, AZƏRTAC

Dünyanın nüfuzlu akademik nəşriyyatlarından biri olan “Taylor & Francis” tərəfindən siyasi elmlər sahəsinə aid “Culture, History, and Geopolitics in Central Asia” (Mərkəzi Asiyada mədəniyyət, tarix və geosiyasət) kitabı nəşr edilib.

Nəşrin həmredaktoru UNEC Xanım Tədqiqatçılar Şurasının rəhbəri, universitetin Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri iqtisad üzrə fəlsəfə doktoru Nərgiz Hacıyevadır.

Bu barədə AZƏRTAC-a məlumat verən Nərgiz Hacıyeva bildirib ki, kitabda Mərkəzi Asiyanın tarix, mədəniyyət və geosiyasi dinamikası interdisiplinar yanaşma əsasında geniş şəkildə təhlil olunur. Əsərdə regionun sivilizasiyalararası keçid məkanı kimi rolu, qlobal siyasətdə artan əhəmiyyəti, eləcə də müasir beynəlxalq münasibətlər və iqtisadi-siyasi proseslər fonunda mövqeyi ətraflı araşdırılıb.

Nəşr artıq “Taylor & Francis”in rəsmi internet səhifəsində, eləcə də müxtəlif beynəlxalq elektron kitab platformalarında yerləşdirilib.

Seçilən
6
1
azertag.az

2Mənbələr