AZ

Püstənin qiyməti kəskin şəkildə artıb


Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar səbəbindən qlobal bazarda püstənin qiyməti kəskin şəkildə artıb.
Yeniavaz.com
“Bloomberg”ə istinadən xəbər verir ki, İran qlobal püstə ixracının təxminən 30%-ni təşkil edir və regiondakı mövcud vəziyyət bazarda kəskin qıtlıq yaradıb.
Hərbi münaqişə ölkəyə gübrələrin idxalını da dayandırıb və məhsul yığımında problemlər yaradıb. Nəticədə, məhsulun qiyməti yaxın tarixdə ən yüksək səviyyəyə çatıb və hər funt (454 qram) üçün təxminən 4,57 dollar təşkil edib.
Eyni zamanda, nəqliyyat şirkətləri təhlükəsizlik riskləri səbəbindən Yaxın Şərqə yük daşımaqdan imtina edirlər ki, bu da bazarda logistik maneələr yaradıb.
Analitiklərin fikrincə, bazarda püstə çatışmazlığı 2025-ci ilin əvvəllərində müşahidə olunub ki, bu da qismən Dubay şokoladı adlanan məhsulların populyarlığı ilə bağlıdır. Lakin davam edən müharibə çatışmazlığı daha da dərinləşdirib, rəqabəti artırıb və qiymətlərin daha da artmasına səbəb olub.
Seçilən
16
1
yeniavaz.com

2Mənbələr