Miri Yusif-dən illər əvvəl baş vermiş hadisə ilə bağlı açıqlama gəlib.
Musavat.com xəbər verir ki, sənətçi 2006-cı ildə yaşanan hadisəni heç vaxt gizlətmədiyini bildirib.
O qeyd edib ki, həmin dövrdə gənc olduğu üçün baş verənləri indi daha fərqli – hətta gülməli xatırlayır.
Müğənni açıqlamasında bildirib ki, o zaman həbs olunmayıb, yalnız inzibati cəza ilə üzləşib. Daha sonra isə Azərbaycana qayıdıb və fəaliyyətini davam etdirib.
Miri Yusif əlavə edib ki, mövzunun yenidən gündəmə gətirilməsi onda nostalji hisslər oyadıb:
“İndi xatırlayanda gülməli gəlir. Çünki o vaxtlar çox cavan idim. Bu mövzunun yenidən gündəmə gəlməsi məni o illərə qaytardı”.
Qeyd edək ki, sənətçi ilə bağlı köhnə hadisələrin yenidən müzakirə olunması sosial şəbəkələrdə də geniş rezonans doğurub.
Könül İbrahim
Musavat.com