AZ

"Unibank" birinci rübün maliyyə nəticələrini açıqladı

Bakı. Trend:

"Unibank KB" 2026-cı ilin birinci rübünün maliyyə nəticələriniaçıqlayıb. Bank əsas maliyyə göstəriciləri üzrə müsbət nəticələrəldə edib.

Hesabat dövründə bankın məcmu gəlirlərinin cəmi 105 milyonmanata çatıb. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20 milyonmanat artım deməkdir. Bu dövrə əməliyyat mənfəəti 11 milyon manat,xalis mənfəət isə 8,1 milyon manat təşkil edib.

Bankın kapital və aktiv bazasında yüksək artım qeydə alınıb.Məcmu kapital 33 % artaraq, 240 milyon manata çatıb. Aktivlərinhəcmi isə 393 milyon manat artaraq 2,2 milyard manatayaxınlaşıb.

Son bir il ərzində bank kapital adekvatlılığı əmsalını xeyliyüksəldib. Bu göstərici 31 mart 2026-cı il tarixə 14,32 % təşkiledib.

"Unibank KB" ASC-nin İdarə Heyəti sədrinin vəzifəsinimüvəqqəti icra edən Heybət Qədirov bildirib ki, bank 2026-cı ilinilk rübünü əhəmiyyətli nəticələrlə başa vurub: Bottom ofForm

Bu ilin ilk rübü bizim üçün yeni strateji mərhələninbaşlanğıcı oldu. Əldə etdiyimiz nəticələr seçdiyimiz inkişafistiqamətinin düzgün olduğunu təsdiqləyir. 2026-cı il yeni 3 illikstrategiyanın ilk ilidir və biz daha çevik, daha rəqəmsal vəmüştəriyönümlü bank kimi mövqeyimizi gücləndirməyə fokuslanmışıq.Bu il bankımız üçün həm də transformasiya ilidir. Qarşıdakı dövrdəhəm məhsul xəttimizi genişləndirmək, həm də real iqtisadiyyatatöhfəmizi artırmaq əsas prioritetlərimiz olacaq.”

Hesabat dövründə nağdsız əməliyyatların həcmində və sayındayüksək artım qeydə alınıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədənağdsız əməliyyatların həcmi 22%, sayı isə 34 % artıb. Birincirübün sonuna nağdsız əməliyyatların həcmi 3,9 milyard manatı, sayıisə 133 milyonu ötüb.

Bankın müştəri bazası ötən ilin eyni dövrü ilə müqayisədə 13 %artdığı üçün ümumi müştəri sayı 2,3 milyon nəfəri keçib. 2025-cıilin birinci rübü ilə müqayisədə sahibkar müştərilərin sayı 36 %,hüquqi şəxslərin sayı isə 13 %-dək artıb.

Dövr ərzində depozit portfeli də sabit artım nümayiş etdirib vəümumi depozit portfelinin həcmi 1 milyard 378 milyon manatıötüb.

Hesabat dövründə Bankın strateji hədəflərinə uyğun olaraq bizneskreditlərinin həcmi əhəmiyyətli dərəcədə artaraq, ümumi kreditportfelində payını yüksəltməkdə davam edib. Belə ki, ötən ilinmüvafiq dövrü ilə müqayisədə biznes kreditlərinin həcmi 36%-dən çoxartaraq, 622 milyon manatı ötüb. Biznes portfelin tərkibində kiçikbiznesə verilmiş kreditlərin də payında ciddi artım olub. 2025-ciilin 1-ci rübü ilə müqayisədə mikro kreditlərin portfeldəki payında131 milyon manat artım qeydə alınıb. Ümumilikdə isə bizneskreditlərinin ümumi kredit portfelində həcmi 45 %-i keçib.

Bankın ümumi kredit portfelində əvvəlki ilin uyğun dövrü iləmüqayisədə qeydə alınan artım isə 203 milyon manat təşkil edib vəkredit portfeli 1,3 milyard manatı ötüb.

Unibank – Sənin Bankın!

Seçilən
16
14
az.trend.az

10Mənbələr