AZ

Azərbaycan Fars körfəzindən Avropaya qaz tədarükündə əsas marşrutlardan biri ola bilər



İsrailin "NewMed Energy" şirkətinin baş direktoru Yossi Abu İsrailin "Globes" nəşrinə verdiyi müsahibədə İsrail və Fars körfəzi ölkələri arasında strateji əməkdaşlıq üçün yeni imkanlar görür. O bildirib ki, Qətərdən Avropaya qaz tədarükü üçün mümkün marşrutlardan biri Səudiyyə Ərəbistanı, İraq, Türkiyə və Azərbaycandan keçən dəhliz ola bilər: "İranın Körfəz ölkələrinə ilk böyük hücumlarını başlatdığı hazırkı müharibə İsrail üçün enerji infrastrukturunu inkişaf etdirmək və bu ölkələrlə münasibətlərini gücləndirmək üçün yeni imkanlar açır".

Onun sözlərinə görə, müharibə fonunda Aralıq dənizində təbii qaza maraq kəskin şəkildə artıb: "Əminəm ki, Fars körfəzi ölkələri İsraildəki qaz layihələrinə investisiya qoyacaqlar. Necə ki, BƏƏ-nin “Mubadala” şirkəti əvvəllər “Tamar” yatağına investisiya qoymuşdu. Gələcəkdə Səudiyyə Ərəbistanı və regiondakı digər ölkələrdən olan şirkətlər İsrailin qaz və enerji infrastrukturuna investisiya qoya bilərlər". Əbu vurğulayıb ki, Yaxın Şərqdəki müharibə etibarlı enerji mənbələri uğrunda yarışa start verib: "Yaxın gələcəkdə ABŞ Avropaya deyil, Asiyaya daha çox mayeləşdirilmiş təbii qaz yönəldəcək. Lakin orta və uzunmüddətli perspektivdə investisiyaların əhəmiyyətli bir hissəsi İsrail və regionun digər ölkələri də daxil olmaqla etibarlı təbii qaz ehtiyatlarına malik bölgələrə yönəldiləcək".

"NewMed Energy" şirkətinin rəhbəri həmçinin bildirib ki, Qətərdən Avropaya qaz tədarükü üçün mümkün marşrutlardan biri Səudiyyə Ərəbistanı, İraq, Türkiyə və Azərbaycandan keçən dəhliz ola bilər: "Qətər qazını Avropaya nəql etməyin ən yaxşı yolu qitəni Səudiyyə Ərəbistanı, İraq və Türkiyə vasitəsilə Azərbaycanla birləşdirmək və oradan da onların seçdiyi istənilən yerə çatdırmaqdır. Bu, Qətərin xarici marşrutu ola bilər". Onun fikrincə, Fars körfəzi ölkələrindən enerji ehtiyatlarının nəqli üçün iki mümkün əsas marşrut mövcuddur: şimal marşrutu - Azərbaycan və Türkiyə vasitəsilə, cənub marşrutu isə - Misir və İsrail vasitəsilə. O, həmçinin mübadilə sxemi vasitəsilə Suriyaya qaz tədarükünün mümkünlüyünü də nəzərə alaraq, belə bir halda Azərbaycan qazından istifadə edilə biləcəyini qeyd edib. "NewMed Energy" şirkəti İsrailin qaz sektorunda əsas oyunçudur və Şərqi Aralıq dənizindəki layihələrdə, o cümlədən “Leviathan” yatağında əsas iştirakçılardan biridir, eləcə də ölkə xaricində aktivlərin işlənməsində iştirak edir.

Ramil QULİYEV

Seçilən
25
baki-xeber.com

1Mənbələr