Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.
“Dünyanın ən çətin işlərindən biri valideyn olmaqdır, xüsusilə də indiki dövrdə bu məsuliyyət daha da ağırlaşır”.
Gununsesi.info bildirir ki, bunu sosioloq Mail Yaqub deyib:
“Valideyn nə etməlidir? Uşağa qışqırmaq onu daha da uzaqlaşdırır. Təzyiq göstərmək istər fiziki, istər psixoloji – problemi həll etmir, əksinə, münasibətləri pozur. Deməli, başqa yol axtarmaq lazımdır.
Valideyn övladı ilə dostluq qurmalı, səmimi və etibarlı ünsiyyət yaratmalıdır. Bir çox ailələrdə bu çətinlik yaşanır”.
Sosioloq qeyd edib ki, bu gün böyüklərlə uşaqların düşüncə tərzi arasında ciddi fərq var:
“Biz məcburuq ki, onların dünyasına enək, onları anlamağa çalışaq. Sadə bir misal: yol ilə gedərkən qarşıdakı maşın 100 sürətlə hərəkət edirsə, siz 150 sürətlə onu ötə bilməzsiniz. Siz sürətinizi 100-ə endirib onunla eyni ritmdə getməlisiniz. Çünki hər an vəziyyət dəyişə bilər.
Uşaqla münasibət də buna bənzəyir. Valideyn daha geniş təcrübəyə malik olsa da, uşağın dünyası fərqlidir. Ona görə də böyüklər öz yanaşmalarını uşağın səviyyəsinə uyğunlaşdırmalıdırlar.
Əsas anlayış empatiyadır. Özünü uşağın yerinə qoymaq, onun hisslərini və düşüncəsini anlamağa çalışmaq vacibdir.
Bu, asan deyil, amma çox vacibdir. Valideyn cəmiyyət üçün böyük iş görür: gələcəyin vətəndaşını formalaşdırır və yetişdirir”.
Firuzə
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.