ABŞ və İran arasında danışıqlar prosesi yenidən Pakistanda bərpa oluna bilər.
Publika.az xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, ABŞ və İran nümayəndə heyətlərinin Pakistanda növbəti görüşü həftəsonu planlaşdırılır.
“Bloomberg” agentliyi isə ABŞ-İran danışıqlarının yeni mərhələsinin Pakistanda yox, Türkiyədə və ya Misirdə keçirilə biləcəyi haqda məlumat yayıb. Adıçəkilən ölkələr münaqişənin həlli istiqamətində diplomatik səylərini gücləndiriblər.