Ermənistan rəhbərliyindən Rusiya ilə münasibətlərlə bağlı növbəti açıqlama verilib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, parlamentin sədri Alen Simonyan ölkəsinin Rusiya ilə heç bir məsələdə qarşıdurmaya getməyəcəyini bildirib.
Onun sözlərinə görə, mövcud problemlər dialoq yolu ilə həll olunacaq:
“Biz Rusiya üçün heç bir təhlükə deyilik və belə niyyətimiz yoxdur. Müəyyən məsələlər var, amma bu cür məsələlər bütün ölkələr arasında olur”.
Simonyan açıqlamasında qeyd edib ki, Ermənistan hazırda həm Avropa İttifaqı, həm də Avrasiya İqtisadi İttifaqı ilə paralel əməkdaşlıq modelini qorumağa çalışır. O əlavə edib ki, bu cür balans siyasəti əvvəllər də tətbiq olunub.
O, keçmiş prezident Serj Sarkisyanın Avropa İttifaqı ilə assosiasiya sazişi danışıqlarından imtina edərək Gömrük İttifaqına qoşulmasını xatırladıb və bunun da bir növ “birləşdirmə cəhdi” olduğunu vurğulayıb.
Simonyan həmçinin keçmiş prezidentlər Robert Köməryan və Serj Sarkisyan dövrü ilə hazırkı baş nazir Nikol Paşinyanın siyasətini müqayisə edərək, fərqli yanaşmaların olduğunu bildirib.
Qeyd edək ki, bu açıqlama Ermənistan-Rusiya münasibətlərində son dövrlərdə müşahidə olunan gərginlik fonunda verilib.
Musavat.com