AZ

Hindistan səfirliyində Ambedkarın xatirəsi anılıb

ain.az, 525.az portalına istinadən məlumat yayır.

Hindistanın Bakıdakı səfirliyində Hindistan Konstitusiyasının baş memarı kimi böyük hörmətlə anılan Dr. Bhimrao Ramji Ambedkarın 135-ci doğum günü qeyd edilib.

525.az xəbər verir ki, tədbirdə səfirlik əməkdaşları, Azərbaycandakı Hindistan diasporunun üzvləri iştirak ediblər.

Səfir Abhay Kumar diplomatik korpusun ərazisində yerləşən B.R.Ambedkarın heykəli önünə gül dəstələri qoyub. O, çıxışında səfirliyin ərazisində Dr. Ambedkarın heykəlinin olmasının qürurverici olduğunu vurğulayıb. Diplomat, həmçinin Ambedkarın Hindistan Konstitusiyasının hazırlanmasındakı mühüm töhfələrini vurğulayıb, onun əlamətdar həyat yoluna nəzər salıb.

Qeyd edib ki, dərin sosial və iqtisadi çətinliklərlə üzləşməsinə baxmayaraq, Ambedkar müasir Hindistanın ən nüfuzlu liderlərindən birinə çevrildi. Səfir Hindistan Respublikasının bərabərlik, qardaşlıq və ədalət prinsipləri əsasında formalaşmasında onun vacib rolunu vurğulayıb. 

Pravasi Bharatiya Samman mükafatçısı Dr. Rajani D'mello çıxışında Ambedkarın ilhamverici həyatı, çətinliklərə qarşı amansız mübarizəsi və millət quruculuğuna verdiyi müstəsna töhfələr haqqında fikirlərini bölüşüb. Həmçinin onun Hindistan Ehtiyat Bankının yaradılmasındakı mühüm rolunu və Hindistanın tərəqqisinə istiqamət verən sənədin – Konstitusiyanın əsas memarı kimi tarixi töhfəsini vurğulayıb. 

Tədbirdə iştirak edən səfirlik nümayəndələri, Hindistan diasporunun üzvləri Dr. Ambedkarın əbədi irsinə dərin hörmət və minnətdarlıqlarını ifadə ediblər. Onun tərəfindən müdafiə edilən bərabərlik, sosial ədalət və inklüzivlik dəyərlərini qorumaq və təşviq etmək öhdəliyi bir daha qeyd olunub.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
525.az

1Mənbələr