AZ

Ermənistanda yeni müzakirə: Rusiya ilə açıq seçim edilməlidir

Ermənistanda revanşist dairələrdən səslənən bəyanatlar regionda gərginlik risklərini yenidən gündəmə gətirir.

Musavat.com xəbər verir ki, Rusiya-Ermənistan İşgüzar Şurasının sədri, “Birlikdə” hərəkatının lideri Mher Avetisyan çıxışında Ermənistanın qarşısında “seçim” qoyulduğunu iddia edib.

O bildirib ki, Qərb Ermənistanı məcburi şəkildə seçim etməyə vadar edir və “iki istiqamətli siyasət”ə imkan vermir. Avetisyanın sözlərinə görə, mövcud vəziyyətdə Ermənistan ya Qərbin tərəfində olub Rusiyaya qarşı çıxmalı, ya da Rusiyanın yanında yer almalıdır.

O qeyd edib ki, Ermənistan üçün “yeganə müttəfiq Rusiyadır” və ölkə məhz bu istiqamətdə mövqe tutmalıdır. Avetisyan iddia edib ki, Qərb Ermənistanı geosiyasi alətə çevirərək sonradan onu problemlərlə üz-üzə qoya bilər.

Onun çıxışında xüsusilə “iki stulda oturmamaq”, yəni balans siyasətindən imtina etmək çağırışı diqqət çəkib.

Musavat.com

Seçilən
12
musavat.com

1Mənbələr