AZ

Futbol tarixində belə qol olmamışdı

Paraqvayın yüksək liqasında "Olimpiya Asunsyon" ilə "Rubio Nyu" arasında keçirilən oyun favorit komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Publika.az xəbər verir ki, lakin final fitindən sonra əsas müzakirə mövzusu nəticə yox, mövsümün ən absurd qollarından biri olub.

Görüşün qəhrəmanı Sebastyan Ferreyra olub. O, dubl etsə də, ikinci qolu daha çox futbolun ən uğursuz anlarından birinə çevrilib.

56-cı dəqiqədə hakim “Rubio Nyu”nun qapısına penalti təyin edib və zərbəni məhz Ferreyra yerinə yetirib. Lakin hücumçu qapıçını keçə bilməyərək ideal fürsəti qaçırıb.

Epizodun bununla bitdiyi düşünülürdü, amma daha sonra tamamilə gözlənilməz hadisə baş verib. Rəqib komandanın müdafiəçisi topu qapıdan uzaqlaşdırmaq istəyərkən onu birbaşa hücumçunun üzünə vurub. Qəribə rikoşetdən sonra top gözlənilmədən qapı toruna daxil olub.

Seçilən
6
publika.az

1Mənbələr