AZ

“İran münaqişəsi iqtisadiyyata zərbə vurur” - Britaniya maliyyə naziri

ABŞ-nin İrana qarşı hərbi əməliyyatı Böyük Britaniyanın iqtisadiyyatına mənfi təsir göstərir və ölkədə həyat səviyyəsinin aşağı düşməsinə səbəb olur.

Redaktor.az xəbər verir ki, bu barədə Reyçel Rivz “The Daily Mirror” qəzetinə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, ABŞ-nin münaqişəyə aydın çıxış planı olmadan daxil olması ciddi narahatlıq doğurur və bu vəziyyət iqtisadi qeyri-sabitlik yaradır.

Rivz qeyd edib ki, hazırda Hörmüz boğazı ilə bağlı yaranan gərginlik beynəlxalq ticarətə və enerji bazarlarına təsir göstərir.

Nazir vurğulayıb ki, Böyük Britaniya ABŞ-nin bölgədəki hərbi addımlarını dəstəkləmir və bu yanaşmanı doğru hesab etmir.

O əlavə edib ki, münaqişə Britaniyada ailələrə və bizneslərə mənfi təsir göstərir və iqtisadi artım tempinin azalmasına səbəb ola bilər.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
16
1
redaktor.az

2Mənbələr