AZ

İspaniya: Çinlə əlaqələrin gücləndirilməsi Avropanın maraqlarına uyğundur

Avropa ilə Çin, eləcə də İspaniya ilə Çin arasında mövcud ticarət balanssızlığı  düzəltmək üçün mümkün olan hər şey edilməlidir. 

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, bunu İspaniyanın Baş naziri Pedro Sançes deyib.

Çində səfərdə olan Sançesin sözlərinə görə, Pekinə səfərinin məqsədlərindən biri daha sıx, daha sağlam və daha balanslı iqtisadi münasibətlərə doğru irəliləməkdir. 

Baş nazir səfər zamanı on iqtisadi müqavilə imzalamağı planlaşdırdığını bildirib.

Qeyd edək ki, Sançesin Çinə hazırkı səfəri son dörd ildə dördüncü səfəridir.

Gülşən Şərif
 

Seçilən
25
1
bakivaxti.az

2Mənbələr