AZ

Milli Məclisdə aliment qərarları ilə bağlı protokol müzakirə edildi

ain.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 1993-cü il 22 yanvar tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə protokol müzakirəyə çıxarılıb.

Modern.az xəbər verir ki, sənəd yetkinlik yaşına çatmayan uşaqlarla bağlı aliment öhdəliklərinin icrasına dair məhkəmə qərarlarının qarşılıqlı tanınmasını və icrasını tənzimləyir.

Layihəyə əsasən, Konvensiyaya edilən dəyişikliklər çərçivəsində məhkəmə qərarlarının məcburi icrası, bu qərarların digər dövlətlərdə tanınması və icra mexanizmləri daha da dəqiqləşdirilir. Eyni zamanda, qərarların icrası üçün tələb olunan sənədlərin siyahısı, onların təqdim olunma qaydası və prosedur məsələlər də sənəddə əksini tapıb.

Qeyd olunub ki, protokol aliment öhdəliklərinin yerinə yetirilməsi sahəsində dövlətlər arasında əməkdaşlığı gücləndirməyə, uşaqların hüquqlarının daha effektiv qorunmasına xidmət edir.

Sənəddə həmçinin qərarların icrası zamanı istifadə olunacaq dillər, müvafiq məhkəmələrə müraciət qaydaları və digər hüquqi prosedurlar da müəyyənləşdirilib.

Müzakirələr zamanı komitə üzvləri sənədin əhəmiyyətini vurğulayıb, onun beynəlxalq hüquqi əməkdaşlığın inkişafına töhfə verəcəyini qeyd ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
modern.az

1Mənbələr