AZ

Yaxın Şərqdəki müharibə dolların hegemonluğunu sarsıdır: Yuan rekord qırır – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Bloomberg"in məlumatına görə, Yaxın Şərqdə genişlənən hərbi əməliyyatlar neft ticarətində dolların mövqeyini zəiflədib, Çin yuanı ilə hesablaşmaların kəskin artmasına səbəb olub. İran artıq Hörmüz boğazından keçən gəmilərdən ödənişi Çin valyutası ilə qəbul etməyə başlayıb. Bu fonda Çinin banklararası ödəniş sistemi (CIPS) tarixində ilk dəfə gündəlik 1 trilyon həddini aşaraq 1,22 trilyon yuanlıq ($179 milyard) rekord dövriyyə qeydə alıb.

Pekin regionun neft ixracatçıları ilə iqtisadi bağlarını gücləndirmək üçün Şanxayda ticarət infrastrukturunu genişləndirir və rəqəmsal valyuta platforması üzərində çalışır. Analitiklərin fikrincə, ABŞ və İsrailin İrana qarşı müharibəsi, habelə Vaşinqtonun ənənəvi müttəfiqləri ilə artan ziddiyyətləri dolların cəlbediciliyini azaldır və qlobal iqtisadiyyatda alternativ valyutalara marağı uzunmüddətli perspektivdə artırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
15
olaylar.az

1Mənbələr