ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Neft və qaz bazarlarında sanksiyaların sərtləşdirilməsi qiymətlərin sürətlə artmasına səbəb ola bilər. Bu isə inflyasiyanın yenidən yüksəlməsinə və onsuz da həssas olan iqtisadiyyatların daha da zəifləməsinə gətirib çıxarır”.
İqtisadçı ekspert Akif Nəsirli bunu 525.az-a deyib. Ekspert bildirib ki, Avropada enerji mənbələrinin şaxələndirilməsi müəyyən tampon rolunu oynasa da, qlobal bazar ümumilikdə həssaslığını qoruyur:
“Qlobal böhranın qarşısını almaq üçün praktik mexanizmlər mövcuddur. Enerji bazarında ehtiyatların koordinasiyalı istifadəsi və alternativ marşrutların genişləndirilməsi mümkün şokların təsirini yumşalda bilər”.
Sevinc Qarayeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.