Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi təsərrüfatındaistehsal, ötürmə və təchizat sahələrində fəaliyyət 2025-ci ildə dədavam etdirilib, elektrik stansiyalarında və şəbəkəinfrastrukturunda planlı əsaslı və cari təmir işləri aparılıb.
Trend-inməlumatına görə, görülən tədbirlər nəticəsində istehlakçılarınelektrik enerjisi ilə təminatında dayanıqlığın və keyfiyyətinartırılması istiqamətində müsbət nəticələr əldə olunub.
Məlumata görə, hazırda muxtar respublikada ümumi gücü 244,8meqavat olan elektrik stansiyaları fəaliyyət göstərir. Bu gücün 137meqavatı istilik elektrik stansiyalarının, 68,4 meqavatı suelektrik stansiyalarının, 38 meqavatı günəş elektrikstansiyalarının, 1,1 meqavatı külək-günəş hibrid elektrikstansiyasının, 0,3 meqavatı isə külək elektrik stansiyasının payınadüşür. 2025-ci ildə elektrik stansiyalarında ümumilikdə 507,6milyon kVt/saat elektrik enerjisi istehsal olunub. Bu göstərici2024-cü ildə istehsal edilmiş elektrik enerjisindən 22,9 milyonkVt/saat çoxdur.
Bundan başqa, muxtar respublikada “yaşıl enerji” layihələriningenişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Nelə ki,ümumilikdə 7 992 hektar torpaq sahəsi, o cümlədən 5 129 hektargünəş, 2 863 hektar isə külək elektrik stansiyaları üçün nəzərdətutulub.
“Kommunal infrastrukturun yenilənməsi istiqamətində ən mühümsənədlərdən biri də Azərbaycan Respublikası Prezidentinin 2025-ciil 5 avqust tarixli 685 nömrəli Sərəncamı ilə təsdiq edilmiş“Naxçıvan Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsininyenidən qurulmasına və bərpasına dair 2026–2030-cu illər üçünTədbirlər Planı”dır. Müvafiq Tədbirlər Planı çərçivəsində istismarmüddəti başa çatmış 110 kV-luq “Ordubad-1”, “Ordubad-2” və “Culfa”elektrik verilişi xətlərinin ikidövrəli yenidən qurulmasınabaşlanılmış, “Naxçıvan”, “Babək”, “Çeşməbasar” yarımstansiyalarındavə Regional Rəqəmsal İdarəetmə Mərkəzinin (SCADA) binasında tikintiişləri davam etdirilmiş, “Yeni Culfa” yarımstansiyasının tikintisiisə başa çatdırılmışdır”, - məlumatda qeyd edilib.