AZ

“Problemli kreditlərin həcmini artıran istehlak kreditləridir” Natiq Cəfərli

525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Bu il problemli kreditlərin həcmi də artıb – 2026-cı ilin yanvarın Azərbaycanın bank sektorunın qeyri-işlək, probli kreditlər portfeli 763 milyon manat təşkil edib. İlin-ilə müqaisədə qeyri-işlək portfellər üzrə istehlak kreditlərində 58 milyon manat, biznes kreditlərində isə 54 milyon manat artım olub. Nəticədə, qeyri-işləklərin cəmi kredit portfelində payı 0,1 faiz bəndi artaraq 2,5  faiz təşkil edib”.

Bunu 525.az-a iqtisadçı ekspert Natiq Cəfərli bildirib. İqtisadçının sözlərinə görə, problemli kreditlərin həcmini artıran istehlak kreditləridir. Ölkədə istehlak kreditlərinin həcmi həddindən artıq çoxdur. Vətəndaşlar gəlirləri az olduğu üçün daima istehlak kreditlərinə meyilli olurlar.:

"Nəğd pulu olmadığı üçün məcbur qalıb istehlak kreditləri götürürlər. Bütün bunlar da nəticə etibarı ilə problemli kreditlərin həcminin artmasına səbəb olur".

Sevinc Qarayeva 

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
525.az

1Mənbələr