AZ

İsrail-Türkiyə müharibəsi ehtimalı: Hansı ölkə qalib gələcək?

İsrail mətbuatı Türkiyə ilə mümkün müharibə ssenarisi barədə təhlil yazısı dərc edib.

Publika.az xəbər verir ki, “Kanal 14”ün dərc etdiyi "İsrail Türkiyə ilə birbaşa müharibəyə nə qədər yaxındır?" başlıqlı məqalədə təəccüblü ifadələr yer alıb.

Bildirilib ki, Türkiyə ilə İsrail arasında yaxın gələcəkdə birbaşa münaqişənin baş verəcəyi gözlənilmir. Lakin təhlildə Türkiyənin NATO üzvlüyü, regional gücü və Qərblə mürəkkəb münasibətləri vurğulanıb. “Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Ankara, xüsusən də Suriya və Qəzzada təsirli bir aktordur. Belə bir vəziyyətdə Türkiyənin uduzması mümkün deyil”, - deyə məqalədə qeyd olunub.

Oxşar qiymətləndirmə İsrailin JDN qəzeti tərəfindən də dərc edilib. “İsrailin Türkiyəyə qarşı real potensialı nədir?” başlıqlı məqalədə qeyd olunub ki, mövcud hərbi imkanlar nəzərə alınmaqla, yaxın gələcəkdə iki ölkə arasında genişmiqyaslı birbaşa münaqişənin baş verməsi ehtimalı azdır.

Məqalədə həmçinin Türkiyənin Liviya və Qarabağdakı strategiyasına da diqqət yetirilib: "Ankara qabaqcıl texnologiya və uzunmənzilli müharibə taktikalarından istifadə edərək yerində təsirli olub. Bu yanaşma Türkiyənin klassik müharibə doktrinalarından kənara çıxan çevik bir hərbi model hazırladığını göstərir”.

Seçilən
6
publika.az

1Mənbələr