Meloni Tramp–Papa gərginliyində mövqe bildirdi - “Dini liderlər siyasətçilərə tabe olmamalıdır”
İtaliyanın baş naziri Corciya Meloni ABŞ prezidenti Donald Tramp tərəfindən tənqid edilən Papa Leo-ya açıq dəstək verib.
Meloni Verona şəhərində jurnalistlərə açıqlamasında bildirib ki, dini liderlərin siyasi rəhbərlərin istəklərinə uyğun hərəkət etməsi cəmiyyətdə narahatlıq yarada bilər. Onun sözlərinə görə, “dini liderlərin siyasətçilərin dediklərini yerinə yetirdiyi bir cəmiyyət rahat qəbul edilə bilməz”.
İtaliya baş naziri Papa Leo ilə həmrəy olduğunu vurğulayaraq, dini institutların müstəqilliyinin qorunmasının vacibliyini qeyd edib.
Məlumata görə, Meloni bu açıqlamaları Verona şəhərində keçirilən şərab sənayesi ilə bağlı konfrans çərçivəsində səsləndirib. Hadisə ABŞ–Avropa münasibətlərində yeni müzakirələrə səbəb olub və Tramp ilə Papa arasında yaranan gərginliyi daha da gündəmə gətirib.
aia.az
Tərcümə şöbəsi