AZ

Kraliça Yelizaveta ömrünün sonunda ağlını itiribmiş - Sensasion iddia

Britaniya kral ailəsi ətrafında sular durulmaq bilmir. Tanınmış kral bioqrafı Endryu Launi Oksford Ədəbiyyat Festivalındakı çıxışı zamanı hər kəsi şoka salacaq iddialar irəli sürüb.

Publika.az xəbər verir ki, bioqrafın sözlərinə görə, kraliça II Yelizaveta ömrünün son illərində dəli olub və faktiki olaraq fəaliyyət qabiliyyətini itirib.

Launi iddia edir ki, həmin dövrdə kraliça hələ sağ olsa da, ölkəni pərdəarxasında hazırkı kral - onun böyük oğlu Çarlz idarə edirdi.

Launinin ən qalmaqallı iddiası isə kraliçanın kiçik oğlu, adı seksual cinayətlərdə hallanan şahzadə Endryu ilə bağlıdır. O bildirib ki, kraliçanın öz oğlunun ağır cinayətlərinə göz yummasının səbəbi onun anlaqsız vəziyyətdə olması idi: “İnsanlar başa düşmürlər ki, o, ömrünün sonunda tamamilə ağlını itirmişdi. Endryu onun yanına qalxır və nələrisə əldə etmək üçün anasını qorxudub şantaj edirdi”.

Lakin bu iddialarla hamı razı deyil. "Daily Mail" nəşrinin tanınmış yazarı Riçard İden bioqrafa etiraz edərək bildirib ki, o, həmin illərdə kraliçanı şəxsən görüb. İdenin sözlərinə görə, II Yelizaveta qonaqlarla olduqca məntiqli və dərin söhbətlər aparıb, onda heç bir demensiya (ağıl zəifliyi) əlaməti müşahidə olunmayıb.

Seçilən
5
publika.az

1Mənbələr