AZ

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Gürcüstana səfər edib

Tbilisi, 14 aprel, AZƏRTAC

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Maykl O'Flaherti Gürcüstana səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, O'Flaherti ilk görüşünü qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə keçirib.

Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyasının sədri Tamar Oniani bildirib ki, görüşdə ölkədə insan haqlarının vəziyyəti müzakirə olunub.

Komissarın rəsmi açıqlamasından məlum olduğu kimi, o, həm vətəndaş cəmiyyəti, həm də dövlət qurumlarının nümayəndələri ilə görüşəcək. Onun mandatına ölkədə insan hüquqlarının monitorinqi daxildir.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Seçilən
13
azertag.az

1Mənbələr