AZ

Çin XİN Vensə İranda barışıq üçün səy göstərməyi təklif edib

Çin XİN Vensə İranda barışıq üçün səy göstərməyi təklif edib

Çin Xarici İşlər Nazirliyi ABŞ hakimiyyətini Tehrandan "çeviklik" gözləmək əvəzinə, İranda barışıq üçün real səylər göstərməyə çağırıb.

AFN.az xəbər verir ki, bu barədə ÇXR XİN-in rəsmi nümayəndəsi Qo Szyakun bildirib. O, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin münaqişənin dayandırılmasının "İranın çevikliyindən asılı olması" barədə fikirlərini şərh edərək bildirib ki, hazırkı atəşkəs çox kövrəkdir.

XİN rəsmisinin sözlərinə görə, indi əsas vəzifə hərbi əməliyyatların bərpasının qarşısını almaq və çətinliklə əldə edilmiş atəşkəsi qorumaqdır. Çin diplomatı bütün tərəfləri ixtilafları siyasi və diplomatik yollarla həll etməyə çağırıb və Pekinin Yaxın Şərqdə sülhün bərpası üçün beynəlxalq ictimaiyyətlə birlikdə çalışacağını vurğulayıb.

Diplomat həmçinin qeyd edib ki, regionda gərginliyin artması qlobal təhlükəsizliyə ciddi təhdid yaradır və böyük dövlətlər məsuliyyəti bir-birinin üzərinə yıxmaqdan çəkinməlidirlər.

Seçilən
5
afn.az

1Mənbələr