İran prezidenti Məsud Pezeşkian Avropanın ABŞ-ı beynəlxalq normalar çərçivəsində danışıqlar aparmağa sövq etməklə İran ətrafındakı böhranın həllində konstruktiv rol oynaya biləcəyini bəyan edib.
Musavat.com xəbər verir ki, o, bu fikirləri Fransa prezidenti Emmanuel Makronla keçirdiyi telefon danışığı zamanı səsləndirib.
Pezeşkianın sözlərinə görə, İran öz xalqının hüquqlarını qorumaq naminə dialoqu müstəsna olaraq beynəlxalq hüquq normaları əsasında davam etdirməyə hazırdır.
O vurğulayıb ki, ekspertlər səviyyəsində müəyyən irəliləyişlərin olmasına baxmayaraq, ABŞ administrasiyasının həddindən artıq tələbləri və siyasi iradənin yoxluğu yekun razılaşmanın əldə olunmasına mane olur.
İran lideri həmçinin qeyd edib ki, ABŞ tərəfindən tətbiq edilən təhdid və təzyiqlər səmərəsizdir, bu yanaşma vəziyyəti daha da gərginləşdirməkdən başqa bir işə yaramır.
Musavat.com