"Tottenhem"in müdafiəçisi və kapitanı Kristian Romero Premyer Liqanın 32-ci turunda "Sanderlend"lə oyunda (0:1) aldığı zədə ciddidr.
Fanat.Az xəbər verir ki, argentinalı mövsümün qalan hissəsini buraxmaq ehtimalı var.
BBC Sport-un məlumatına görə, 27 yaşlı oyunçuya dizindəki medial kollateral bağın qismən yırtığı diaqnozu qoyulub. Onun sağalması təxminən səkkiz həftə çəkəcək.
Romero bu mövsüm "Tottenhem"in heyətində bütün turnirlərdə 32 oyuna çıxaraq 6 qol vurub və 4 məhsuldar ötürmə edib.