BAKI, 14 aprel. TELEQRAF
Ukrayna millisinin baş məşqçisi Sergey Rebrovun vəzifəsindən ayrılmaq niyyətindədir.
Teleqraf Ukrayna mətbuatına istinadən xəbər verir ki, yayda müqaviləsi bitəcək 51 yaşlı mütəxəssis klub futboluna qayıtmaq istəyir.
Onun xidmətində Yaxın Şərq klubları da maraqlıdır. Həmin komandaların ona illik 5 milyon avro səviyyəsində maaş təklif etməyə hazır olduğu bildirilir.
Rebrovun mümkün əvəzləyicisi kimi 75 yaşlı Miron Marçevkini göstərilir. Marçevki 2010-cu ildə də Ukrayna millisində çalışıb.
Qeyd edək ki, Sergey Rebrov 2023-cü ilin yayından Ukrayna millisini çalışdırır. Onun rəhbərliyi altında yığma komanda 2026-cı il Dünya Çempionatınınpley-off mərhələsində İsveçə 1:3 hesabı ilə məğlub olaraq final mərhələsinə vəsiqə qazana bilməyib.