AZ

Aİ polad sənayesini qorumaq üçün yeni tənzimləmə üzrə razılığa gəlib

ain.az, Azertag portalına istinadən məlumat verir.

Berlin, 14 aprel, AZƏRTAC

Avropa İttifaqı Şurası və Avropa Parlamenti polad sənayesini qlobal səviyyədə həddindən artıq istehsalın mənfi təsirlərindən qorumaq məqsədilə yeni tənzimləmə üzrə ilkin razılığa gəlib.

AZƏRTAC xəbər verir ki, sənəd mövcud qoruyucu tədbirlərin 2026-cı il iyunun 30-da başa çatmasından sonra bazarda boşluğun yaranmasının qarşısını almağa yönəlib.

Yeni mexanizm polad idxalına nəzarəti gücləndirməyi nəzərdə tutur. Belə ki, tarif kvotaları sistemi yenilənərək idxal həcminin 47 faiz azaldılması və kvotadan artıq idxala görə rüsumların 50 faizə qədər artırılması planlaşdırılır. Bu addımların məqsədi bazara nəzarətsiz axının qarşısını almaqla yanaşı, ənənəvi tədarükçülər üçün məhdud giriş imkanlarını qorumaqdır.

Sənəddə, həmçinin bazarın vəziyyətinə uyğun olaraq məhsul siyahısının genişləndirilməsi və mütəmadi monitorinq mexanizmlərinin tətbiqi nəzərdə tutulur. Aİ, eyni zamanda, Rusiyadan polad idxalından asılılığın azaldılması istiqamətində səyləri davam etdirir.

Qeyd edək ki, dünyada poladın həddindən artıq istehsalı və artan idxal Aİ polad sənayesinə ciddi təzyiq göstərir və bu sahədə uzunmüddətli dayanıqlılığı risk altına alır. Razılaşma qüvvəyə minməsi üçün üzv dövlətlər və Avropa Parlamenti tərəfindən təsdiqləndikdən sonra 2026-cı il iyulun 1-dən tətbiq olunacaq.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
2
azertag.az

3Mənbələr