AZ

"Atletiko Madrid" - "Barselona" və "Liverpul" - PSJ oyunları hansı kanalda yayımlanacaq?

Bu axşam UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.

Bizim.Media xəbər verir ki, gecənin əsas qarşılaşmasında "Atletiko Madrid" əzəli rəqibi "Barselona" klubunu qəbul edəcək. İzləyicilər bu oyunu "CBC Sport" TV-də izləyə biləcəklər.

Günün digər maraqlı qarşılaşmasında isə "Liverpul" klubu PSJ ilə üz-üzə gələcək. "Liverpul" - PSJ qarşılaşması isə İctimai TV-də canlı yayımlanacaq.

UEFA Çempionlar Liqası

1/4 final mərhələsi

14 aprel

Saat 23:00, "Liverpul" - PSJ (İctimai TV);

Saat 23:00, "Atletiko Madrid" - "Barselona" ("CBC Sport" TV).

Bizim.Media

Seçilən
16
1
bizim.media

2Mənbələr