Bakıda məşhur "Sun Rise Hotel" satışa çıxarılır.
Hotel hərrac yolu ilə mayın 13-də satışa çıxarılacaq.
Hotelin hərracı üçün başlanğıc qiyməti olaraq 5 milyon 800 min manat məbləğ müəyyən edilib.
Qeyd edək ki, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, 95 ünvanında yerləşən hotelin ümumi sahəsi 1 078.1 kvadratmetrdir.
Oxu.az
Tarix: 14 Aprel 2026, 13:04