sport24.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Veteran futbolçu Vidadi Rzayev Sport24.az-a müsahibə verib.- "Kəpəz"in "Karvan-Yevlax"a 1:4 hesablı məğlubiyyətini necə şərh edərdiniz? - İllərdir futbolun içində olsam da, mən bu çempionatdan baş aça bilmirəm. "Qarabağ" "Kəpəz"ə məğlub olur, "Karvan-Yevlax"a 7 top vurur. Sonra da "Kəpəz" həmin "Karvan-Yevlax"a uduzur. Qarışıq mövsüm keçir, baş açmaq olmur.- Mövsümün sonunda "Kəpəz" rəhbərliyinin baş məqşçi ilə vidalaşacağı deyilir. Sizcə, Azər Bağırov qalmalı və ya getməlidir? - Azər Bağırov yəqin ki, komandanı Premyer Liqada saxlaya biləcək. Çünki Birinci Liqa və elita klubları arasında böyük uçurum var. "Kəpəz" pley-off oynasa belə, elitada qalacaq. Bağırov ötən mövsümün sonunda bu rəhbərlik ilə razılığa gəlmədi komandadan getdi. Adil Şükürov gəlib heyət yeni heyət yığdı, işinin öhdəsindən gələ bilmədi, getdi. Bundan sonra Azər qayıdıb Adilin yığdığı komanda ilə davam edir. Olmazdı ki, ortaq məxrəcə gəlib davam edərdi?- Bu gedişlə deyəsən, "Kəpəz"i yaxın illərdə iddialılar arasında görə bilməyəcəyik... - Yəqin ki, yox. Ssenari davam edir. Rəhbərliyin işə belə yanaşması ilə iddialı komanda qurmaq qeyri-mümkümdür. - Sözlərinizdən belə çıxır ki, gəncəlilər növbəti mövsümdə də elitada qalmaq uğrunda mübarizə aparan komanda görəcəklər...- Görünən odur ki, məhz belə də olacaq. Ümumi çempionatın gedişatına nəzər salsaq, "Sumqayıt" mövsümə əla başlamışdı. Deyirdik komanda turnir cədvəlində yüksək yer tutacaq. Komanda görün neçə oyundur qalib gələ bilmir. - "Kəpəz"in əvvəlki əzəmətini qaytarması üçün həll yolunu nədə görürsünüz?- Təmiz işləmək lazımdır. Gəncədə uşaq futboluna diqqət ayırmaq lazımdır. İşini yaxşı görən futbol adamları var. Futbolda gedən prossesləri gözəl bilirsiz. Pulu necə, hara gəldi dağıdırlar. Nümunə kimi "Kəpəz"i göstərərəm. 12 legioner götürdülər, Azər Bağırov gələn kimi bir neçəsini göndərdi. Yenidən yerli futboluçular yığdı. 12 legionerə nə ehtiyac var idi? Bunun bir səbəbi var, maliyyəni tez-bazar dağıdaq gedək. Futbolu sevən, bunu bacaran insanlar isə işsiz qalıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.