AZ

Sarı torlar tıxacı azaldacaq? — VİDEO

Paytaxtın küçələrində yaranan tıxacların qarşısının alınması və nəqliyyat şəraitinin yaxşılaşdırılması məqsədilə bir sıra küçə kəsişmələrində sarı tor nişanlanmaları təşkil edilib.

Aktual.az xəbər verir ki, bir neçə gün əvvəl Biləcəri qəsəbəsində Rəşid İsmayılov və Şirvan küçələrinin kəsişməsində də analoji nişanlama işləri həyata keçirilib. 

Günün pik saatlarında sözügedən ərazidə tez-tez tıxac yaranırdı. Bu qarışıqlığın əsas səbəbi kimi isə kəsişmədə dayanan nəqliyyat vasitələri göstərilirdi. Lakin sürücülər bildirirlər ki, görülən tədbirlərə baxmayaraq vəziyyət hələ də ciddi şəkildə dəyişməyib.

Bundan əlavə, paytaxtın Üzeyir Hacıbəyli, Kövkəb Səfərəliyeva küçələrində, 20 Yanvar dairəsində, Azadlıq prospektində, həmçinin Vaqif və Səməd Vurğun küçələrinin kəsişmələrində də sarı tor nişanlanmaları təşkil olunub.

 

Qeyd edək ki, məsələ ilə bağlı "ARB Xəbər”də süjeti yayımlanıb.

 

Seçilən
14
1
ulusum.az

2Mənbələr